“Tottenhem” ilkə imza atdı

Hollandiyanın “Ayaks” klubunu möcüzəvi şəkildə məğlub edən İngiltərə təmsilçisi “Tottenhem” UEFA Çempionlar Liqasında tarix yazıb.

Komanda.az xəbər verir ki, London klubu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalına yüksəlib. Bu komanda indiyə qədər heç vaxt ÇL finalı görməmişdi.

“Tottenhem” 1971/72 və 1983/84 mövsümlərində UEFA Kubokunun (indiki Avropa Liqası) finalında mübarizə aparıb. 1962/63 mövsümündə isə londonlular Kuboklar Kubokunda həlledici oyunun həyəcanını yaşayıblar. Bir sözlə, İngiltərə təmsilçisi tarixində 4-cü dəfə avrokuboklarda finala yüksəlir.

Sonuncu dəfə 2008-ci ildə İngiltərə Liqa Kubokunu muzeyinə aparan “Tottenhem” həmin tarixdən bəri qatıldığı bütün turnirlərdə baş mükafata həsrət qalıb.

ÇL-in finalı iyunun 1-də Madriddə keçiriləcək. “Tottenhem” həlledici oyunda İngiltərənin digər təmsilçisi “Liverpul”la üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button