“Tottenhem” Keynə qiymət qoyub
“Tottenhem” hücumçusu Harri Keynlə yeni müqavilə bağlamaq və onun klubu azad agent kimi tərk etməsinin qarşısını almaq üçün əlindən gələni edir.
Komanda.az xəbər verir ki, bu barədə “Times” nəşri məlumat verib.
İngiltərəli oyunçunun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Bildirilir ki, 29 yaşlı Keyn komandanın baş məşqçisi Antonio Konte ilə bağlı qeyri-müəyyənlikdən, eləcə də kubokların qazanılmamasından narahatdır.
Hücumçu vəziyyəti dəyişmək qərarına gəlsə, onu saxlamağın mümkün olmayacağını anlayan klub rəhbərliyi, potensial alıcı olsa, heç olmasa, futbolçunun istedadından qazanmağa çalışacaq.
“Mançester Yunayted” və ya hansısa digər klub Keyn üçün heç bir möhlət və ya şərt olmadan, azı 100 milyon funt sterlinq (114 milyon avro) ödəməli olacaq.
Harri Keyn 2011-ci ildən (306 matç, 203 qol) “Tottenhem”də çıxış edir.
Bizi Facebook-da izləyin