“Tottenhem” futbolçusunun müqaviləsini ləğv etdi
“Tottenhem” qapıçısı Uqo Llorislə yollarını ayırıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 37 yaşlı qolkiperin müqaviləsini ləğv edib. O, karyerasını ABŞ-ın “Los-Anceles” komandasında davam etdirəcək.
2012-ci ildən “Tottenhem”də çıxış edən Llorisin sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatmalı idi. O, 2018-ci ildə Fransa millisi ilə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. Qapıçı ilin əvvəlində yığma karyerasını bitirdiyini açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin