“Tottenhem” braziliyalı hücumçu ilə vidalaşıb, onu almaq istəyir
“Tottenhem” başqa bir hücumçu transfer etmək üçün yayda futbolçusu Riçarlisonla yollarını ayırmaq istəyir.
Komanda.az “Talksport”-a istinadən xəbər verir ki, “Tottenhem” İngiltərə Premyer Liqasının son mövsümündə 19 qol vuran Dominik Solankeni (“Bornmut”) almaq niyyətindədir.
Riçarlison 2022-ci ilin yayından “Tottenhem”də oynayır. 27 yaşlı braziliyalı futbolçu başa çatan İngiltərə çempionatında 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin