
“Tottenhem” onunla yeni müqavilə imzalayacaq
“Tottenhem”in müdafiəçisi Destiny Udoji klubla müqaviləsini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular 21 yaşlı futbolçu ilə yeni, uzunmüddətli müqavilə imzalayacaq.
Udoji ötən yay “Udineze”dən “Tottenhem”ə keçib. İtaliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin