“Tottenhem” futbolçusu Asiyada ən yaxşı seçildi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Asiyada son 10 ilin ən yaxşı futbolçularının adlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, Cənubi Koreya millisinin və İngiltərənin “Tottenhem” klubunun hücumçusu Son Hın Min qitənin ən yaxşı oyunçusu elan olunub.
Bu barədə qurumun saytı məlumat yayıb. Yaponiya millisinin sabiq yarımmüdafiəçisi Keysuke Honda ikinci, Səudiyyə Ərəbistanı yğmasının futbolçusu Salem Əl-Davsari üçüncü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin