“Tottenhem” etiraz edəcək
“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur irqçiliyə görə uzun müddət diskvalifikasiya olunub.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu İngiltərədə 7 yerli oyunu buraxmalıdır.
Bentankur yayda komanda yoldaşı Hın Min Son haqqında danışıb və cənubi koreyalı futbolçuları bir-birlərindən fərqləndirməyin çətin olduğunu deyib. Təbii ki, bu açıqlama ajiotaj yaradıb.
“Tottenhem” Bentankur haqda verilən qərardan şikayət edəcək. London klubu cəzanın müddətindən şikayətçidir. Onlar hesab edirlər ki, belə pozuntulara görə maksimum 6 oyunluq cəza tətbiq edilməlidir.
Bentankurun diskvalifikasiyasının birdən çox matça (altı oyuna qədər) azalacağı ehtimalı azdır, lakin “Tottenhem” hətta bunun üçün də mübarizə aparacaq. Məlumatda, digər Premyer Liqa klublarının da bu iş üzrə hökmdən şoka düşdüyü bildirilir.
Bizi Facebook-da izləyin