“Mançester Yunayted”ə 1 qol bəs etdi
Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/32 final mərhələsinin təkrar oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 6 belə qarşılaşma nəzərdə tutulsa da, onlardan beşi baş tutub. “Nyukasl”, “Şrusberi”, “Ridinq”, “Tottenhem” və “Koventri” rəqiblərinə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Sonuncu gündə daha iki görüş keçirilib. Yeddi qolun qeydə alındığı “Karlayl” – “Kardiff Siti” qarşılaşması qonaqların qələbəsiylə yekunlaşıb. “Mançester Yunayted” isə “Vulverhempton”u minimal hesabla məğlub edərək, növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, bu mərhələdə qaliblər əslində bir oyuna müəyyənləşir. Amma reqlamentə əsasən, ilk oyunda qalib 90 dəqiqə ərzində müəyyənləşməsə, həmin komandalar təkrar qarşılaşırlar.
İngiltərə Federasiya Kuboku, 1/32 finalın təkrar oyunları
14 yanvar
Nyukasl – Roçdeyl 4:1 (ilk oyun 1:1)
Şrusberi – Bristol Siti 1:0 (1:1)
Blekpul – Ridinq 0:2 (2:2)
Tottenhem – Midlsbro 2:1 (1:1)
Koventri – Bristol Rovers 3:0 (2:2)
Tranmir – Uotford oyunu baş tutmayıb (3:3)
15 yanvar
Karlayl Yunayted – Kardiff Siti 3:4 (2:2)
Mançester Yunayted – Vulverhempton 1:0 (0:0)
Bizi Facebook-da izləyin