Mourinyo onları Almaniyaya aparmadı

“Tottenhem” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Bavariya” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Joze Mourinyo Almaniya səfərinə bir neçə futbolçusunu aparmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bunlar Harri Keyn, Dele Alli, Yan Vertongen və Serj Oryedir. Mourinyo bu futbolçulara istirahət verib və onları Londonda saxlayıb.

Bu gün keçiriləcək “Bavariya” – “Tottenhem” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button