Mourinyo 4-cü oldu

“Tottenhem” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Leyptsiq”ə uduzub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 0:1 hesabıyla bitən görüş London təmsilçisinin baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub.

Belə ki, “Leyptsiq”lə matç portuqaliyalı mütəxəssisin Çempionlar Liqası tarixindəki 150-ci oyunu olub. Mourinyo bununla da ÇL tarixində ən çox oyun keçirən 4-cü baş məşqçi olub. Mourinyo 150 matçın 81-də qələbə qazanıb.

Çempionlar Liqası tarixində baş məşqçi kimi ən çox oyun keçirən “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyusondur.

Mourinyo “Tottenhem”dən əvvəl “Portu”, “Çelsi”, “Real”, “İnter” və “Mançester Yunayted”lə ÇL-də iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button