
“Tottenhem”in son 20 ildəki ən pis göstəricisi
“Tottenhem” Premyer Liqa matçında növbəti məğlubiyyətini alıb.
Londonlular dünən 32-ci tur matçında səfərdə “Vulverhempton”a uduzub (2:4).
Komanda.az “Squawka”-ya istinadən xəbər verir ki, Angelos Postekoqlunun komandası çempionatda artıq 17 məğlubiyyət alıb. Bu, 2003/04 mövsümündən bəri klub üçün ən pis nəticədir (19).
Həmçinin, “Tottenhem” iki autsayder – “Lester” və “Sauthempton”dan sonra cari Premyer Liqa mövsümündə 10 və ya daha çox səfər oyununda məğlub olan üçüncü komanda olub.
Londonlular növbəti turda evdə “Nottingem Forest”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin