“Tottenhem” cəzalandırıla bilər

“Tottenhem” 2008-ci ildə hücumçu Cermeyn Defo ilə müqavilə bağlayarkən oyunçu transfer qaydalarını pozub.

Komanda.az “The Times”-ə istinadən xəbər verir ki, futbolçunun transferində lisenziyası olmayan agent iştirak edib. Yerli federasiya 2010-cu ildə pozuntulardan xəbər tutanda kluba sanksiya tətbiq etməyib. İndi isə klub müxtəlif sanksiyalarla üzləşə bilər: transfer qadağasından tutmuş, xalların silinməsinə və ya komandanın aşağı dəstəyə salınmasına qədər.

41 yaşlı Defo 2022-ci ilin yanvarında təqaüdə çıxıb. O, “Tottenhem”lə 2007/08 mövsümündə İngiltərə Liqa kubokunu qazanıb. Defo hazırda klubun akademiyasında çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button