
“Tottenhem” biabırçıdır!”
“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager Premyer Liqanın 32-ci turunda “Tottenhem”in “Nyukasl”a məğlubiyyətini (1:6) şərh edib.
Komanda.az xəbər verir ki, keçmiş futbolçu “Tottenhem”i biabırçı adlandırıb:
“Tottenhem” biabırçıdır! İndi əsl məşqçini işə götürün, dostum Antonio Konte yoxdur”.
“Tottenhem” “Nyukasl”a uduzduqdan sonra 53 xalla Premyer Liqada 5-ci yerdədir.
Martın sonunda “Tottenhem” Antonio Konteni baş məşqçi vəzifəsindən uzaqlaşdırdığını açıqlayıb. Komandaya müvəqqəti olaraq Kristian Stellini başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin