“Tottenhem” Belçika klubuna 30 milyon avroluq təklif göndərib

“Tottenhem”in hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az Belçika mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi “Brügge”də çıxış edən Antonio Nusanın xidmətində maraqlıdır.

“Tottenhem” norveçli vinger üçün Belçika klubuna 30 milyon avroluq təkluf göndərib. Tərəflər arasında danışıqlar davam edir.

“Brügge” Antonio Nusanı 2021-ci ilin yayında “Stabek”dən transfer edib. 18 yaşlı oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 26 rəsmi matşda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button