Konte Premyer Liqanın ən çox qazanan baş məşqçisi ola bilər
“Tottenhem” klubu baş məşqçi Antonio Konte ilə müqaviləni uzatmağa hazırdır.
Komanda.az “Football365”-ə istinadən xəbər verir ki, tərəflər yaxın vaxtlarda yeni müqavilə ilə bağlı razılığa gəlmək istəyirlər.
İtaliyalı mütəxəssis yenilənmiş müqavilə imzalasa, Premyer Liqada ən yüksək maaş alan baş məşqçi ola bilər. Onun maaşı illik 23 milyon avroya qədər artacaq.
Kontenin klubla hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.
“Tottenhem” 20 xalla Premyer Liqa cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin