“Tottenhem” baş məşqçisinə inanır

“Tottenhem”in baş məşqçisi Tomas Frankın gələcəyi ilə bağlı yeni məlumatlar yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı mütəxəssisin mövqeyi hazırda heç bir təhlükə altında deyil. Klub rəhbərliyi son nəticələrə baxmayaraq, ona tam dəstək verir və onunla uzunmüddətli layihəyə inanır.

Klubun İdarə Heyəti baş məşqçi ilə bağlı panikaya düşmək niyyətində deyil. Futbolçular da öz növbəsində, Franka inamlarını qoruyurlar.

Tomas Frank “Tottenhem”in “sükanı arxasına” yeni mövsüm başlamazdan əvvəl keçib və Angelos Postekoglunu əvəzləyib. Onun komandası Premyer Liqanın ilk 10 turundan sonra 17 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button