
“Tottenhem” ayrılığı rəsmən açıqladı
İngiltərənin “Tottenhem” klubu braziliyalı yarımmüdafiəçisi Lukas Mouranın bu mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçunun müddəti iyunun 30-da bitəcək müqaviləsi yenilənməyəcək.
Moura 2018-ci ildən oynadığı “Tottenhem”də 219 oyuna 38 qol vurub. O, daha öncə PSJ və “San Paulo”da da çıxış edib, Braziliya millisində 35 oyuna 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin