
İngiltərə klubu “Atletiko”nun hücumçusuna göz dikib
“Atletiko”nun hücumçusu Aleksander Sörlot İngiltərə Premyer Liqasına gedə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” norveçli futbolçunun transferində maraqlıdır. Lakin İngiltərə klubu hələ forvard üçün təklif verməyib.
Sörlotun Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonunda başa çatacaq. 29 yaşlı hücumçu 2024/25 mövsümündə La Liqada 35 oyun keçirib, 20 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



