“Tottenhem” antirekordunu təkrarlayıb

“Tottenhem” Premyer Liqanın cari mövsümündə məğlubiyyətlərin sayına görə öz antirekordunu təkrarlayıb.

34-cü turda “Liverpul”a 1:5 hesablı məğlubiyyət londonlular üçün 2024/25 mövsümündə 19-cu olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oxşar göstərici yalnız 1993/94 mövsümündə qeydə alınıb.

Qarşıda hələ dörd tur var, ona görə də “Tottenhem” bu “nailiyyət”i geridə qoya bilər. Komanda 34 turdan sonra 37 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Rəqibini darmadağın edən “Liverpul” isə tarixində 20-ci dəfə İngiltərə çempionu titulunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button