“Tottenhem” 75 milyon avroya hücumçu ala bilər

“Bornmut”un hücumçusu Dominik Solanke Londonun top-klubuna keçməyə hazırdır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu artıq bir neçə aydır ki, onun transferini təşkil etməyə çalışan “Tottenhem”ə keçmək istəyir. Belə ki, klub Solankenin transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edəcəyinə ümid edir.

“Bornmut” hücumçusu üçün 75 milyon avro təzminat tələb edib.

26 yaşlı forvard İngiltərə Premyer Liqasının son mövsümündə 19 qol vurub və 2 məhsuldar ötürmə verib. O, “Çelsi” məzunudur, lakin əvvəllər “Liverpul”da da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button