“Tottenhem” ukraynalı futbolçu üçün 70 milyon avro təklif edir

“Bornmut”un müdafiəçisi İlya Zabarnı yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, ukraynalı futbolçunun transferi ilə ən ciddi maraqlanan klub hazırda “Tottenhem”dir.

Məhz London klubu Zabarnıya görə “Bornmut”un maliyyə tələblərini qarşılamağa hazır olan yeganə komandadır. Klub 70 milyon avro və əlavə bonuslar təklif etməyə razıdır.

Buna baxmayaraq, 22 yaşlı futbolçunun özü başqa bir variantı nəzərdən keçirir. O, PSJ-yə keçməyə üstünlük verir və hazırda digər klublarla danışıqlara başlamayıb. Fransa təmsilçisi də bu transferi reallaşdırmaqda maraqlıdır və yay pəncərəsi bağlanana qədər razılıq əldə etməyə ümid edir.

Zabarnıya daha əvvəl “Çelsi”, “Liverpul” və “Nyukasl” da maraq göstərmişdi, ancaq onların təklifləri “Bornmut” tərəfindən rədd edilib. O, 2024/25 mövsümündə Premyer Liqada 36 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button