“Tottenhem” 24 milyon avroya qapıçı ala bilər
“Bernli”nin qapıçısı Ceyms Trafford qış transfer pəncərəsində “Tottenhem”in sıralarına qoşula bilər.
Komanda.az “Mirror Football”-a istinadən xəbər verir ki, London klubu topuğundan zədələnərək bir neçə aylıq sıradan çıxan Quqlelmo Vikarionun yerinə yeni qapıçı axtarışındadır.
“Tottenhem” Traffordu prioritet hədəf kimi müəyyənləşdirib. Onlar ingiltərəli qolkiper üçün 20 milyon funt sterlinq (təxminən 24 milyon avro) hazırlayır.
22 yaşlı qapıçı noyabrda UEFA Millətlər Liqası matçları üçün İngiltərə yığmasına çağırılıb, ancaq hələ milli komandada debüt etməyib. “Mançester Siti”nin yetirməsi cari çempionatın 21 matçında 9 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin