Torresin baş məşqçi kimi yeni işi bilindi

“Atletiko”nun keçmiş hücumçusu Fernando Torres gələn mövsümdən Madrid klubunun əvəzedici komandasının baş məşqçisi olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “cope.es” saytı məlumat yayıb.

39 yaşlı mütəxəssis əvvəllər – 2021-ci ilin iyunundan “Atletiko”nun gənclər komandasının məşqçisi vəzifəsində çalışıb.

Torres “Atletiko”nun yetirməsidir. Keçmiş hücumçu futbolçu karyerası ərzində İngiltərənin “Liverpul”, “Çelsi”, İtaliyanın “Milan” və Yaponiyanın “Saqan” Tosu klublarında çıxış edib. Torres 2019-cu ildə karyerasını bitirib.

Torres İspaniya millisinin heyətində ikiqat Avropa çempionu (2008 və 2012) və dünya çempionudur (2010).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button