Torres “Yuventus”a keçir?

Ferran Torresin adı tez-tez “Barselona”dan ayrılması ilə hallanır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun qış transfer pəncərəsində “Yuventus”a mümkün keçidi ilə bağlı məlumatlar yer alıb.

Torresin yanvarda satılması mümkün olmayacaq, çünki “Barselona” mövsüm ərzində onu itirmək istəmir. Üstəlik, onun özünün də getmək fikri yoxdur.

25 yaşlı forvard bu mövsüm “Barselona”nın heyətində 9 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button