Torres: “Salah yeni müqavilə imzalayanda sevindim”

“Çelsi”nin və “Liverpul”un keçmiş hücumçusu Fernando Torres son 5 ilin ən yaxşı futbolçularından birinin adını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş ispaniyalı forvard, misirli futbolçu Məhəmməd Salahın son 10 ilin ən yaxşılarından biri olduğunu söyləyib:

“Hamınız görürsüz ki, Salah “Liverpul”da nəyə nail olub. Mənim üçün o, son on ilin ən yaxşı futbolçularından biridir. O, mənim sevimli oyunçularımdandır. Salah yeni müqavilə imzalayanda sevindim”.

Misirli futbolçu bu mövsüm Premyer Liqada 22 oyun keçirib, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.

“Liverpul” Premyer Liqanın 28 turundan sonra 64 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button