Torres ərəblərin təklifini rədd edib

“Barselona”nın hücumçusu Ferran Torres klubunu dəyişməkdən imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klub 25 yaşlı futbolçuya çox sərfəli müqavilə təklif etsə də, ispaniyalı forvard bunu rədd edib.

Torresin planları dəyişməyib. O, “Barselona”da qalmaq niyyətindədir. Onun xidmətində İngiltərə Premyer Liqasının “Nyukasl” və “Tottenhem” klublarının da maraqlı olduğu iddia olunur.

Torresin “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button