Torres Qavinin zədəsi haqda: “Hər şey çox pis görünürdü”
İspaniya millisinin yarımmüdafiəçisi Ferran Torres Gürcüstanla oyunda (3:1) zədələnən Qavi haqda danışıb.
Komanda.az UEFA mətbuat xidmətinə istinadən xəbər verir ki, o, “Barselona”dakı komanda yoldaşının zədəsinin nə qədər ciddi olduğunun hələ bilinmədiyini söyləyib:
“Qavinin zədəsi üzücüdür. Bunun nə qədər ciddi olduğunu hələ bilmirik. Hər şey çox pis görünürdü”.
19 yaşlı yarımmüdafiəçinin çarpaz bağları yırtılıb və bu səbəbdən 6-8 ay yaşıl meydanlardan kənarda qalma riski var. O, eyni zamanda, 2024-cü ildə keçiriləcək Avropa çempionatını buraxa bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin