“Barselona”nın hücumçusu millinin oyununu buraxacaq

İspaniya millisinin hücum xətti itki ilə üzləşib. “Barselona”nın forvardı Ferran Torres qarşıdakı Bolqarıstanla oyunda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı futbolçu əzələ problemləri səbəbindən millinin növbəti matçını buraxacaq. Torres son olaraq Gürcüstan millisi ilə keçirilən görüşdə (2:0) diskomfort hiss edib və bu səbəbdən heyətdən kənarda qalacaq.

İspaniya – Bolqarıstan oyunu sabah keçiriləcək.

Torres cari mövsümdə La Liqada 8 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button