
Torres: “Baş məşqçinin etibarını hiss edirəm”
“Barselona”nın hücumçusu Ferran Torres bu mövsüm göstərdiyi performansla bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu meydanda olanda hər şeyini verdiyini bildirib:
“Baş məşqçi Hans-Diter Flikin etibarını hiss edirəm. Onun mənə göstərdiyi etimaddan çox məmnunam. Meydanda olanda hər şeyimi verirəm”.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



