Torres klubunu dəyişmək fikrində deyil
“Barselona”nın futbolçusu Ferran Torres klubunu dəyişməkdə maraqlı deyil.
24 yaşlı futbolçunun klubunu dəyişə biləcəyi bildirilirdi. Xüsusən də, onun adı “Nyukasl”la yanaşı çəkilirdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin yayında hansısa klub Torreslə bağlı “Barselona”ya müraciət etməyib. İspaniyalı futbolçu Kataloniya klubunda oynamağa davam etmək niyyətində olduğunu bildirib. Ona görə, də onun agentləri tərəddüd etmədən transfer danışıqlarından imtina ediblər.
“Transfermarkt” Ferran Torresin dəyərini 30 milyon avro olaraq qiymətləndirir. Futbolçunun “Barsa” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin