Torres iş yerini dəyişəcək
“Atletiko”nun gənclər komandasının məşqçisi Fernando Torres İspaniya klubunun ikinci komandasına rəhbərlik edə bilər.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 2023/2024 mövsümü başa çatdıqdan sonra Torres gənclər komandasındakı işini başa vuracaq və əvəzedici komandaya yüksələcək. O, “Atletiko”nun ikinci komandasının “sükanı arxasında” Lui Theveneti əvəz edəcək.
Torres 2019-cu ilin yayında futbolçu karyerasını bitirdiyini açıqlayıb. 40 yaşlı keçmiş hücumçu “Atletiko”, “Çelsi” və “Liverpul”dakı çıxışları ilə tanınır. O, İspaniya millisi ilə birlikdə dünya və Avropa çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin