Fernando Torres baş məşqçi təyin olundu
“Atletiko”nun və İspaniya millisinin sabiq futbolçusu Fernando Torresin yeni iş yeri müəyyənləşib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu məşqçilik karyerasına başlayıb. O, “Atletiko”nun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunub.
Torres futbolçu karyerasında “Atletiko”, “Liverpul”, “Çelsi”, “Milan” kimi klubların formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin