![](https://komanda.az/wp-content/uploads/2025/02/pablo-torre-720x470.jpg)
“Barselona”nın futbolçusuna görə narahatdır – Ətrafı
“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Pablo Torre klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” uzunmüddətli planlarında ispaniyalı futbolçuya ümid edir. Lakin eyni zamanda, oyunçunun ətrafı onun üçün narahatdır, çünki o, müntəzəm oyun praktikası qazanmalıdır. Torrenin klubdakı gələcəyi cari mövsümün sonuna qədər oynayacağı dəqiqələrin sayından asılıdır.
21 yaşlı yarımmüdafiəçi bu mövsüm 12 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin