“Torino” yeni müqaviləyə hazırlaşır
“Torino” qapıçısı Vanya Milinkoviç-Saviçlə müqavilənin müddətini uzada bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı serbiyalı qolkiperlə 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Cari mövsümdə o, Turin təmsilçisinin heyətində 31 oyuna çıxıb, 35 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin