Simeonenin oğlu klubunu dəyişə bilər

“Torino” “Napoli”nin hücumçusu Covanni Simeoneyə maraq göstərir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” argentinalı forvardı 7-8 milyon avroya satmağa hazırdır.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu olan 30 yaşlı futbolçu hazırda gələcəyi barədə düşünür.

Simeone son mövsümdə A Seriyasında 30 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button