
“Torino” baş məşqçi postunu ona tapşıra bilər
İtaliyalı sabiq futbolçu Daniele De Rossi tezliklə məşqçiliyə qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Torino” rəhbərliyi 42 yaşlı mütəxəssisi baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir.
Komandanın hazırkı çalışdırıcısı Marko Baroninin klubdakı gələcəyi isə böyük risk altındadır. “Buğalar” qarşıdakı 6-cı turda “Latsio”ya uduzacağı halda, onunla yolların ayrılması gözlənilir. Artıq klubla De Rossi arasında ilk müsbət təmasların qurulduğu qeyd olunur.
De Rossi sonuncu dəfə “Roma”da çalışıb. O, bu postu 2024-cü ilin yanvarından sentyabrına qədər icra edib.
“Torino” hazırda A Seriyasında 4 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



