Toral Səudiyyə Ərəbistanı klubunda işləməkdən imtina edib
“Marsel”in keçmiş baş məşqçisi Marselino Toral Səudiyyə Ərəbistanı klubundan gələn təklifi rədd edib.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, o, keçən həftə təklif aldığını, lakin bunun kiçik təklif olduğunu söyləyib:
“Keçən həftə Səudiyyə Ərəbistanından təklif aldım, amma hazırda bu, planlarımın bir hissəsi deyil. Ancaq bir neçə aydan sonra nə olacağını heç vaxt bilmirsiz. Təklifin özü kiçik idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin