Alleqri razıdır
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Barselona” ilə yoxlama oyunu (2:2) haqda danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, yaxşı hazırlıq keçdiklərini deyib:
“Yaxşı hazırlıq keçmişik, toplanışda gördüyümüz işdən razıyam. Müəyyən mövqelərə daha çox diqqət yetirə bilərdik, amma bu da yaxşıdır. Moyze Kin inkişaf etməyə davam edir”.
“Yuventus” növbəti yoxlama oyununda “Real”la qarşılaşacaq. Qarşılaşma iyulun 31-nə təyin edilib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin