
4 qat dünya çempionu intihar etdi
Topla hokkey üzrə Rusiya milli komandasının sabiq oyunçusu Roman Qeyzel intihar edib.
Komanda.az xəbər verir ki, 40 yaşlı keçmiş idmançı özünü güllələyib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Hadisənin səbəbləri məlum deyil.
Qeyzel 4 dəfə – 2006, 2007, 2008 və 2011-ci illərdə Rusiya yığması ilə dünya çempionu olub.
O, ağır zədə səbəbindən 32 yaşında karyerasını bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin