“Topaz” – PFL “sevgi”si bitdi
“Topaz” növbəti mövsümdən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasının sponsoru olmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Bu gün Azərbaycan Premyer Liqasının növbəti mövsümünün püşkatması keçirilib. Musayev püşkatma mərasimində çıxış edərək, bildirib ki, “Topaz” rəhbərlik etdiyi qurumla əməkdaşlığı dayandırıb. Musayev sponsorluqla bağlı qərarın avqustun 16-na kimi veriləcəyini bildirib.
Topaz 2012-ci ildən Azərbaycan Premyer Liqasının sponsoru idi.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin