“Topaz Futbol Festivalı”nın qalibləri müəyyənləşib
Şağan Olimpiya İdman Komleksində mini-futbol üzrə “Topaz Futbol Festivalı 2019”un final mərhələsi keçirilib.
Komanda.az xəbər verir ki, açılış mərasimindən sonra həlledici mərhələyə vəsiqə qazanmış 8 komanda – “Premier Quba”, “Füzuli”, “Xəzər Lənkəran”, “Qax”, “Gəncə Şərab 2”, “Novxanı”, “Xırdalan” və “Sumqayıt-70” komandaları birincilik uğrunda mübarizə aparıb.
“Sumqayıt-70” komandası yarışın baş mükafatına sahib olub. “Xırdalan” ikinci, “Füzuli” isə üçüncü yerdə qərarlaşıb.
Qalib komandalara kubok, medal, diplomlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, respublikamızın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. İki ay davam edən festivalın bütün komandalarının üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə “Topaz” öz xüsusi hədiyyəsini təqdim edib.
Tədbir çərçivəsində müxtəlif viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub.
Onu da nəzərinizə çatdıraq ki, turnir ənənəvi xarakter daşıyaraq hər il keçiriləcək.
Bizi Facebook-da izləyin