“Birinci hissə möhtəşəm keçdi” – Mendilibar
“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar UEFA Avropa Liqasının yarımfinalının “Yuventus”la matçından sonra (1:1) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk hissəni möhtəşəm keçirdiklərini bildirib:
“Komandam 90 dəqiqə ərzində meydançada canfəşanlıq etdi. Təkbətək mübarizələrdə qalib gələ bildik. Xüsusilə, birinci hissə möhtəşəm keçdi. Fasilədən sonra “Yuventus”un özünü rahat hiss etməməsi üçün əlimizdən gələni etdik.
Planımız mümkün qədər çox pressinq etmək, topu rəqibin cərimə meydançasına qədər aparmaq və çərçivəyə dəqiq zərbələr endirmək idi. Amma topa sahib olmaqda bəzən çətinlik çəkirdik. Bəli, görüşün sonlarına doğru müdafiədə oynamağa məcbur qaldıq”.
“Sevilya” – “Yuventus” cütünün cavab matçı 18 may, saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin