Türamı istəyən 4 nəhəng klub
“Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türam yayda komandasını dəyişə bilər.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “böyük beşlik” təmsilçiləri – PSJ (Fransa), “Bayern” (Almaniya), “Mançester Yunayted” (İngiltərə) və “İnter” (İtaliya) futbolçunu transfer etmək üçün yarışır.
Fransalı hücumçu 2022/23 mövsümünün sonunda azad agent kimi Almaniya təmsilçisi ilə yolları ayıra bilər.
Türam bu mövsüm Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 10 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin