
“Top De Yonqda olanda özümü tamamilə sakit hiss edirəm”
“Barselona”nın yarımmüdafiəçisi Pedri komanda yoldaşı Frenki de Yonq haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“De Yonq inanılmaz oyunçudur. Top onda olanda özümü tamamilə sakit hiss edirəm. Çünki bilirəm ki, o, topu itirməyəcək”.
27 yaşlı De Yonq bu mövsüm bütün yarışlarda 29 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Keçirilən 28 turun nəticələrinə əsasən, “Barselona” 60 xalla İspaniya çempionatının turnir cədvəlində ən başdadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



