
“Kroos kimi birini yenidən görmək çətin olacaq”
“Real”ın prezidenti Florentino Peres Madrid klubunun sabiq yarımmüdafiəçisi Toni Kroos haqda fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı keçmiş futbolçu haqda bunu deyib:
“Toni Kroos kimi birini yenidən görmək çətin olacaq. O, tariximizin ən yaxşı oyunçularından biridir. O, dünya futbolunun ən böyük əfsanələrindən biridir. Onun mayın 25-də vidalaşması çox təsirli, unudulmaz oldu”.
34 yaşlı sabiq yarımmüdafiəçi AÇ-2024-dən sonra futboldan ayrılıb. O, “Real”da 10 mövsüm çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin