
Tonalinin “Nyukasl”dakı qazancı məlum oldu
“Nyukasl” 24 saat ərzində “Milan”dan Sandro Tonali ilə müqavilə imzaladığını elan edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi bir həftə öncə İngiltərə klubu ilə sözləşmə imzalayıb.
Tonalinin Premyer Liqa klubu ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayacağı deyilir. “Rossonyerlər” 23 yaşlı futbolçu üçün 70 milyon avro və bonuslar əldə edəcək. Oyunçunun maaşı illik 7 milyon avro olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin