“Vulverhempton”la matçda iştirak edə bilər – 10 aylıq cəzalanan futbolçu
“Nyukasl”ın baş məşqçisi Eddi Hou mərc oynadığı üçün 10 ay cəzalanan italiyalı yarımmüdafiəçi Sandro Tonalinin İngiltərə çempionatının “Vulverhempton”la 10-cu tur matçında oynaya biləcəyini bildirib:
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingilis mütəxəssis Tonalinin cəzası ilə bağlı rəsmi təsdiq almadıqlarını deyib:
“Biz hələ də Tonalinin cəzalandırılması ilə bağlı rəsmi təsdiq almamışıq. İtaliya hökumətindən də heç nə eşitməmişik, ona görə də, gözləyirik. Tonali “Vulherhempton”la matçda meydana çıxa bilər”.
Tonali 2020-2023-cü illərdə “Milan”da çıxış edib. O, yayda “Nyukas”la keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin