
“Biz çempionluq istəyirik” – “Milan”ın futbolçusu
”Milan”ın müdafiəçisi Fikayo Tomori qarşıdakı mövsüm üçün hədəflərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Milan”ın məqsədinin yalnız çempionluq olduğunu bildirib:
“Azarkeşlərimiz skudetto (çempionluq) istəyir? Biz də bunu istəyirik. Mübarizə aparacağıq”.
Komanda sonuncu dəfə 2022-ci ildə İtaliya A Seriyasının qalibi olub. Bu, “Milan”ın tarixində 19-cu skudetto sayılır.
“Milan” İtaliya çempionatının son mövsümünü ikinci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin