Tuxel “Mançester Yunayted”in təklifini qəbul etməyib

“Çelsi”nin keçmiş baş məşqçisi Tomas Tuxel “Mançester Yunayted”in baş məşqçisi ola bilərmiş.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Tərəflər əməkdaşlıq haqqında danışıqlar aparıblar, lakin “qırmızı şeytanlar”ın transfer siyasəti ilə bağlı fikir ayrılıqları səbəbindən sövdələşmə baş tutmayıb. Tuxeli ingilislərin planlaşdırdığı potensial əməliyyatlar qane etməyib.

Alman məşqçinin son iş yeri “Bayern” olub. O, 2023-cü ilin martından 2024-cü ilin iyununa qədər Münhen klubunun baş məşqçisi vəzifəsində çalışıb. “Mançester Yunayted”in baş məşqçi postunu hazırda Erik ten Haq tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button