“Nə masanın üstündə yazılı təklifim var, nə də danışıqlar aparmışam”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Bayern”ə qayıtmağa hazır olub-olmaması haqda suala cavab verib.

Komanda.az RTL-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hələlik müqavilə bağlamağa hazır olmadığını bildirib:

“Bayern”ə qayıtmaq? Nə masanın üstündə yazılı təklifim var, nə də danışıqlar aparmışam. Mən hələ də peşəkar karyeramda növbəti addımı müəyyən etdiyim mərhələdəyəm. Düşünürəm ki, bütün imkanları nəzərə alsaq, yaxşı olar. Bir neçə klubla seçimlərim var, amma hələlik oturub müqavilə bağlamağa hazır olduğumu söyləyə bilmərəm”.

Naqelsmann 2023-cü ilin martında gözlənilmədən “Bayern”dən qovulmuşdu.

Bundan əvvəl Almaniya millisinin rəhbərliyinin Naqelsmannla müqaviləni uzatmaq və onu ən azı 2026-cı il dünya çempionatına qədər postunda saxlamaq istədiyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button